Üç yaşlı uşaq 101 maqnit topu uddu - VİDEO

Üç yaşlı uşaq 101 maqnit topu uddu - VİDEO

Vladivostokda regional uşaq xəstəxanasının həkimləri maqnit toplarını udan uşağı xilas ediblər.

Bu barədə “Vesti Primorye” məlumat yayıb.

Bildirilib ki, üç yaşlı uşaq udduğu yad cisim şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Müayinə zamanı həkimlər kiçik xəstənin mədəsində bir-birinə yapışmış çoxlu sayda maqnit topları aşkar ediblər.

Əməliyyatın aparılmasına qərar verilib, kiçik maqnitlər hissə-hissə çıxarılmalı olub: Uşağın mədəsindən ümumilikdə 101 maqnit top çıxarılıb. Zərərçəkənin vəziyyəti həkimləri narahat etmir.

Hüseyn İbadlı

Mənbə: publika.az