Balakəndə ikimərtəbəli fərdi yaşayış evində yanğın olub.
Balakən rayonunun Tülü kəndində kənd sakini Ramil Loğman oğlu Bayramova məxsus, ümumi sahəsi 160 kv/m olan ikimərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Balakən rayon Dövlət yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.
Yanğın nəticəsində evin ikinci mərtəbəsindəki otaqlardan birinin 16 kv/m-lik sahəsinin yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: www.bakupost.az