Famil Xəlilov aclığı dayandırdı

Famil Xəlilov aclığı dayandırdı

Həbsdə olan ictimai fəal Famil Xəlilov 88 gündür davam edən aclıq aksiyasını dayandırıb.

Xəbəri Penitensiar Xidmətdən “Qafqazinfo”ya təsdiqləyiblər.

Xatırladaq ki, F. Xəlilov avqustun 15-dən aclığa başlayıb.

Qeyd edək ki, mayın 2-də saxlanılan fəala Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Mənbə: qafqazinfo.az