Rus PUA-ları Moldova ərazisinə düşüb?

Rus PUA-ları Moldova ərazisinə düşüb?

“Rusiyaya məxsus iki ədəd PUA Moldova ərazisində qəzaya uğrayıb”.

Bu barədə “Reuters” məlumat yayıb.

Hadisə ilə bağlı rəsmi Kişinyovun açıqlamasında bildirilib ki, PUA-lar Moldova hava məkanını pozaraq onun ərazisinin dərinliklərinə düşüb və əhali üçün təhlükə yaradıb.

Yerli polisin bildirdiyinə görə, pilotsuz təyyarələr ölkənin şimalındakı Borosenii Noi və cənubundakı Firladeni kəndlərində tapılıb.

Xəsarət alanlarla bağlı məlumat yoxdur.

Mənbə: qafqazinfo.az