Kişini başından vurub öldürdülər

Kişini başından vurub öldürdülər

Moskvanın şimal-şərqində başından vurulan kişi meyiti tapılıb.
Xarici mediaya istinadən bildirilir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva şəhər Baş İstintaq İdarəsinin mətbuat xidməti xəbər verir.

Meyit Krasnaya Sosna (Qırmızı Şam) küçəsindəki otaqlardan birində tapılıb. Kişinin meyitində zorakılıq izləri aşkar edilib, zərərçəkənin açıq kəllə-beyin travması aldığı bildirilir.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi ilə “Qəsdən zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma” ilə cinayət işi başlanıb.

Zərərçəkmişin iki tanışının cinayətdə iştirakı yoxlanılır və hazırda dindirilir.

Mənbə: teref.az