Hizbullah ilk dəfə olaraq İsrail Müdafiə Nazirliyinin ərazisinə PUA-larla hücum edib.
Bu barədə hərəkatdan məlumat verilib.
“İslami müqavimət döyüşçüləri ilk dəfə olaraq İsrail Müdafiə Nazirliyi və Baş Qərargahı, eləcə də Hərbi Hava Qüvvələrinin komandanlıq qərargahının yerləşdiyi Təl-Əvivdəki Hakirya bazasına bir qrup kamikadze PUA ilə hücum ediblər”, - məlumatda qeyd olunub.
Məlumata görə, Livan sərhədindən 55 km aralıda yerləşən Afula şəhərindəki Amus logistika bazasına da PUA hücumu edilib.
Mənbə: axar.az