Noyabrın 13-də Pakistanın şimalında, Qilqit-Baltistan əyalətində avtobusun sürət həddini aşması nəticəsində İnd çayına düşməsi azı 26 adam həyatına son qoyub, yaralıların olduğu bildirilir.
Xarici KİV-ə istinadən xəbər verilir ki, Pakistan mətbuatının yaydığı məlumata görə avtobusun sərnişinləri Çavkal dairəsindən Pəncab əyalətinə toy şənliyinə gedirmişlər.
Hadisə yerində qəza xilasetmə işləri davam edir.
Mənbə: bizim.media