Pakistanın Azad Kəşmir bölgəsində qar uçqunu azı 57 adamın həyatına son qoyub

Pakistanın Azad Kəşmir bölgəsində qar uçqunu azı 57 adamın həyatına son qoyub

İslamabad, 14 yanvar, АZƏRTAC

Pakistanın Azad Kəşmir bölgəsində qar uçqunu azı 57 adamın həyatına son qoyub, 42 nəfər müxtəlif dərəcədə xəsarət alıb.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, Cammu və Kəşmir bölgəsində isə doqquz adam ölüb. Təbii fəlakət nəticəsində Hilam vadisində 45 ev dağılıb, yaralananlar var.

Qonşu Əfqanıstanda da vəziyyət ürəkaçan deyil, bazar günündən bu yana təbii fəlakət nəticəsində 39 adam həyatını itirib.

 

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

Mənbə: azertag.az