Pekində "həyati təhlükə"

Pekində "həyati təhlükə"

Pekində havanın çirklənmə səviyyəsi normadan 14 dəfə artıq olub. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Pekin Ətraf Mühitin Monitorinq Mərkəzi məlumat verib.

Məlumata görə, şənbə günü Pekinin bəzi bölgələrində çirklənmə səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatının normasını 14 dəfə üstələyib.

Qeyd edildiyi kimi, dumanın əsas mənbəyi rolunu oynayan kiçik bərk hissəciklərin konsentrasiyası 25 mkm sürətlə hər kubmetr üçün 350 mikrogramı keçib.

Çirklənmə səviyyəsi "həyati təhlükə" kimi qiymətləndirilir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, ürək və ağciyər xəstəlikləri olan insanlarda simptomlar pisləşə bilər, sağlam insanlarda zəiflik yarana bilər.

 

Mənbə: sia.az