Azərbaycanda zəlzələ oldu

Bakı, 20 yanvar, AZƏRTAC

Yanvarın 20-də Siyəzən rayonu ərazisində maqnitudası 3.1 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 20:53-də Siyəzən stansiyasından 18 kilometr cənub-şərqdə qeydə alınıb.

Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

"Əgər suyu yodlaşdırsanız 40-50 ildən sonra ən böyük kəşflər Azərbaycanda olacaq" - VİDEO

SONRAKI XƏBƏR

Bütün pullar bir ovuc adamın əlində cəmləşib… OXFAM TƏŞKİLATININ YENİ HESABATI