Havay adasında atışmada 2 polis zabiti ölüb

Havay adasının qubernatorunun bildirdiyinə görəz, bazar günü Honoluluda baş verən atışma zamanı iki polis zabiti ölüb.

Honolulunun `Star-Advertiser` qəzeti hadisənin polis işçilərinin silahlı hücum haqda zəngə cavab olaraq hadisə yerinə gəldikləri zaman silahlı şəxsin onlara atəşi açması nəticəsində baş verdiyi haqda məlumat verib.

"Bu səhər vəzifələrini yerinə yetirərkən polislərimizin həyatlarını itirməsi bütün ölkəmizi kədərləndirib" - deyə, qubernator David Ayci bildirib.

Atışmanın baş verdiyi məhəllə Honolulu Zooparkı ilə məşhur Diamond Head abidəsi arasındakı Vaikiki çimərliyinin sonunda yerləşir. Əsasən həftə sonları olmaqla, həmin yer turistlər və yerli sakinlərlə dolu olur.

"Çoxlu atəş səsləri eşidilirdi, səs-küy var idi. Hər şeyin qaydasında olduğuna ümid edirəm" - deyə, Hololulu sakini Piter Murrey bildirir.

Şübhəli silahlı şəxsin yanğının baş verdiyi evdə olduğu güman edilir. Evdə baş verən yanğın qonşuluqdakı bir neçə evə yayılıb və polisin maşınını saxladığı dayanacağı da əhtaə edib.

 

Amerikaninsesi.org

ƏVVƏLKİ XƏBƏR

Polad Bülbüloğlu: “Azərbaycan 20 Yanvar hadisələrini bugünkü Rusiya ilə əlaqələndirmir”

SONRAKI XƏBƏR

Biləsuvarda 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd edilib