Neftçalada avtomobil yol kənarındakı ağaca çırpılıb

Neftçalada yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə H.Əliyev prospektində qeydə alınıb.

Rayonun Həsənabad qəsəbə sakini Əsgərov Eldar İlqar oğlu idarə etdiyi “07-BA-600” dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı ağaca çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda Türkiyə bayrağı yarıya endirildi – Şəhidlərə ehtiram

SONRAKI XƏBƏR

"Mümkün olan hər yerdə çılpaqlıq" - Fenomen qadının fəlsəfəsi