Təsadüfən sinəsinə toxunduğu qadına aşiq oldu

Təsadüfən sinəsinə toxunduğu qadına aşiq oldu

Hava limanında işləyən "TifuthrowawayTSA4" ləqəbli "Reddit" istifadəçisinin səhvi ona həyatının sevgisini "hədiyyə edib".

BiG.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, qalın köynək, geniş cins şalvar geyinən qısa saç qız skanerdən keçərkən, cihaz onun sinəsində təhlükəli əşyaların ola biləcəyini göstərib.

"Tifu" "şübhəli şəxs"in yeniyetmə oğlan olduğunu düşünüb və təhlükəli əşyanın axtarışında əlini onun sinəsinə vurub.

Elə bu anda səhv etdiyini anlayaraq, üzr istəyib və yoxlanış üçün qadın işçini çağırıb.

Sərnişinin şikayət edəcəyindən və töhmət alacağından qorxsa da, oğlan canını yaxşı qurtarıb.

Növbəsi bitdikdən sonra işçi, qızın hələ də hava limanında olduğunu, uçuşunun isə səhərə qədər təxirə salındığını görüb. O, bir daha üzr istəyərək onu şam yeməyinə dəvət edib. Qız razılıq verib və cütlük bir neçə saat söhbət edib.

Daha sonra qız oğlana səfərdən qayıtdıqdan sonra yenidən görüşməyi təklif edib.

Oğlanın sözlərinə görə, bu yaxınlarda onlr tanışlıqlarının bir ilini qeyd ediblər.

 

Mənbə: big.az