Ata oğlunun məğlub olmasına dözmədi, rəqibinin üzərinə hücum çəkdi - VİDEO

Ata oğlunun məğlub olmasına dözmədi, rəqibinin üzərinə hücum çəkdi - VİDEO

ABŞ-da oğlunun güləş yarışını izləyən ata övladına qarşı işlədilən fəndə dözə bilməyərək, güləş döşəyinin üzərinə çıxıb və qarşı tərəfə hücum çəkib.

“Daily Mail” məlumat verir ki, hadisə Şimali Koralina ştatında baş verib.

Güləşçilərdən biri qaydalardan kənar fənd işlədərək, rəqibini döşəyin üzərinə yıxıb. Hakim dərhal qaydanın pozulduğuna işarə edərək, görüşü saxlayıb, lakin kənardan qarşılaşmanı izləyən ata hisslərinə hakim ola bilməyib və döşəyə çıxaraq, övladının rəqibinə hücum çəkib.

Nəticədə valideyn saxlanılıb. Ona xuliqanlıq ittihamı ilə pul cəriməsi kəsilib.

Mənbə: www.oxu.az