Keçmiş xanımını küçədə bıçaqlayan kişinin adı açıqlandı

Abşeronda keçmiş arvadının boğazını kəsən ərin kimliyi bilinib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Xırdalan şəhərində bazarında yanında yerləşən məhəllədə Nahid Bayramov keçmiş arvadı Gülgəz Əliyeva ilə mübahisə edib. Bu zaman o cibindən bıçaq çıxararaq qadının boğazından zərbə vuraraq kəsib. Yaralı çoxlu qan itirərək xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Qeyd edək ki, G.Əliyeva bir neçə ay bundan öncə ərindən boşanıb.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

“Fənərbağça” Türkiyə kubokunun dörddəbir finalına yüksəlib

SONRAKI XƏBƏR

Ölümcül virus doqquz can aldı