Bakıda qəza: "BMW X5" dərəyə yuvarlandı (FOTO/VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda daha bir yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə Bakı Dairəvi-1 yolunda qeydə alınıb. Səhər saatlarında adıçəkilən yol ilə hərəkətdə olan 41-BC-069 dövlət nömrəli "BMW X5" markalı minik maşını idarəetməni itirərək yoldan çıxıb. Yüksəklikdən dərəyə yuvarlanan avtomobil yararsız vəziyyətə düşüb.

Şahidlərin bildirdiyinə görə, hadisədə ciddi xəsarət alan olmayıb. Qəza yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

 

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Səkkiz yaşlı cəllad edam həyata keçirdi - FOTO

SONRAKI XƏBƏR

Davos Forumu nədir?  - Videocavab