Iranı silkələyən QƏTL: Daha bir komandir öldürüldü - FOTO

 Iranı silkələyən QƏTL: Daha bir komandir öldürüldü - FOTO

Daha bir komandir öldürüldü.

İranın “Bəsic” xalq könüllülərinin komandiri Əbdülhüseyn Müjdəmi ölkənin cənub-şərqində Xuzistan əyalətində qətlə yetirilib.

Bu barədə TASS “Gənc Jurnalistlər Klubu”na istinadla məlumat yayıb.

Bildirilir ki, Ə.Müjdəmi Şadeqan rayonunda Darhovin dairəsində yerləşən “Bəsic” könüllülərinin rəhbəri olub. O, naməlum şəxslər tərəfindən evinin yaxınlığında güllələnib.

Yerli hakimiyyət hadisədən bir neçə saat sonra cinayətkarların tutulduğunu bildirib

Mənbə: www.oxu.az