Rusiyanın gəmisində partlayış: 47 nəfər son anda xilas edildi

Rusiyanın gəmisində partlayış:  47 nəfər son anda xilas edildi

Rusiyanın böyük balıqçı gəmisi Oxot dənizində yanıb.

Eniqma Astralis adlı gəmidə əvvəl partlayış olub, daha sonra gəmi yanmağa başlayıb.

Gəminin kapitanı dərhal kömək istəyib. Xilasedicilər gəmiyə yaxınlaşaraq, 47 nəfərin həyatını xilas edə biliblər.

Ancaq yanğın gəminin böyük bir hissəsinin yanmasına səbəb olub. Rəsmilər gəmini sahilə çıxarmaq üçün hadisənin baş verdiyi əraziyə texnika göndərildiyini bildiriblər.

Mənbə: olaylar.az