Başqırdıstan vətəndaşı Azərbaycandan ekstradisiya edilir

Başqırdıstan vətəndaşı Azərbaycandan ekstradisiya edilir

Rusiya Federasiyası (RF) Baş Prokurorluğunun tələbi ilə 24 yaşlı Başqırdıstan sakini Azərbaycandan Rusiyaya ekstradisiya edilir.

Bu barədə Başqırdıstan Prokurorluğunun mətbuat xidməti xəbər yayıb.

O, “Uşaqların saxlanılması üçün vəsaitin ödənilməməsi” maddəsi ilə bağlı cinayət işində ittiham olunur. İstintaqın versiyasına görə, təqsirləndirilən şəxs altı aydır ki, övladının alimentini ödəməyib. Hazırda onun borcu 100 min rubldan (2740 AZN) çoxdur.

Sibayda cinayət işinə baxılarkən o, məhkəmə iclasına gəlməyib. Bu səbəbdən 2019-cu ilin avqustundan etibarən o, axtarışa verilib.

 

Mənbə: virtualaz.org