SON DƏQİQƏ: Azərbaycanda poliklinika yanır

 SON DƏQİQƏ: Azərbaycanda poliklinika yanır

Gəncə şəhərində poliklinika binasında yanğın baş verib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə şəhərin Poçt qəsəbəsi, İsrafilbəyov küçəsində qeydə alınıb. İlkin məlumata görə yanğın ərazidə fəaliyyət göstərən poliklinika binasında qeydə alınıb.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Kəpəz rayon Yanğından Mühafizə xidmətinin əməkdaşları cəlb olunub.

Yanğının səbəbləri dəqiqləşdirilir.

Mənbə: baku.ws