Salyanda baş təhqiqatçını bıçaqlayan qadına hökm oxundu

Salyanda baş təhqiqatçını bıçaqlayan qadına hökm oxundu

Salyanda baş təhqiqatçını bıçaqlayan qadına hökm oxunub.

Pravda.az-ın xəbərinə görə, bu barədə jurnalist Emil Məmmədov məlumat yayıb.

E.Məmmədov bildirib ki, bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində 24 sentyabr 2019-cu il tarixdə Salyan rayon polis şöbəsinin təhqiqat qrupunun baş təhqiqatçısı Həmzə Əzizova bıçaq xəsarəti yetirməkdə təqsirləndirilən 21 yaşlı Salyan şəhər sakini Aytəkin Abdullayeva 7 il müddətinə azadlıqdan məhrum edilib.

Mənbə: pravda.az