Meksikada cinayət hadisələri bir ildə 35 minə yaxın insanın həyatına son qoydu

Meksikada cinayət hadisələri bir ildə 35 minə yaxın insanın həyatına son qoydu

2019-cu ildə Meksikada baş verən cinayət hadisələri nəticəsində ölənlərin sayı son 20 ildə rekord həddə çatıb.

101.az xəbər verir ki, rəsmi məlumatlara görə 2019-cu iləd Meksikada cinayət hadisələri nəticəsində ölənlərin sayı 34 582 nəfər olub. 2018-ci ildə isə bu rəqəm 33 743 nəfər olub.

Məlumata görə, son 5 ildə Meksikada cinayət hadisələrinin sürətlə artdığından,insan ölümü də çoxalıb. Cinayətlərin çoxu narkotik kartellərin fəaliyyəti nəticəsində baş verir. Cinayətlərin digər səbəbi də neft məhsullarının qaçaqmalçılığı nəticəsində baş verildiyi bildirilir.

Mənbə: 101.az