Yerevanda Koçaryanın ofisi yaxınlığında atışma

Yerevanda  Koçaryanın ofisi yaxınlığında atışma

Yerevanın mərkəzindəki Respublika meydanı yaxınlığında atışma baş verib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, hadisə “Erebuni Plaza” biznes mərkəzində kafelərin birində qeydə alınıb. Atəş açan şəxs kafedə bir neçə nəfəri girov götürüb.

Hadisə yerinə xüsusi təyinatlılar və təcili yardım briqadaları cəlb olunub. Mərkəz əhatəyə alınıb. Əməliyyat davam edir.

Hadisənin təfərrüatı ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Erebuni Plaza” ölkəni sabiq prezidenti Robert Koçaryanın ofisinin yaxınlığında yerləşir.

Mənbə: az.trend.az