Bakıda qadın evdə bıçaq xəsarəti alıb

Bakıda qadın evdə bıçaq xəsarəti alıb

Bakının Nizami rayonunda 34 yaşlı qadın evdə bıçaq xəsarəti alıb.

APA xəbər verir ki, hadisə E.Süleymanov küçəsində baş verib.

1986-cı il təvəllüdlü Quliyeva Aynurə Asif qızı yaralı halda 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az