Xırdalanda iki azyaşlını avtomobil vurub

Xırdalanda iki azyaşlını avtomobil vurub

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 məktəbli xəsarət alıb.

APA xəbər verir ki, hadisə Abşeron Rayon İcra Hakimiyyətinin yaxınlığında baş verib.

Minik avtomobili yolu keçmək istəyən 2005-ci il təvəllüdlü Alsu Səbzəliyeva və 2006-cı il təvəllüdlü Fidan Orucovanı vurub. Hər iki yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. A.Səbzəliyevaya döş qəfəsinin küt travması, F.Orucovaya isə döş qəfəsinin küt travması, sağ diz qapağının sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az