Gəncədə körpəsi əlindən alınan ana intihara cəhd etdi

Gəncədə körpəsi əlindən alınan ana intihara cəhd etdi

Gəncədə gənc ana intihara cəhd edib.

"Qafqazinfo"nun xəbərinə görə, şəhər sakini, 21 yaşlı Ə. A dərman zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyəti kafi qiymətləndirilir. Məlumata görə, ailə münaqişəsi zəminində 3 aylıq körpəsi qaynanası tərəfindən alındığı üçün Ə. A çoxlu dərman həbləri qəbul edərək intihara cəhd edib.

Elmar Əli

 

Mənbə: qafqazinfo.az