Türkiyə DİN başçısı:“Zəlzələ nəticəsində 4-5 binada dağıntı olub”

Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda baş verən güclü zəlzələ nəticəsində 4-5 binada dağıntı olub.

“Report” xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib. Onun sözlərinə görə, dağıntılar nəticəsində iki nəfər yaralanıb.

Zəlzələ ilə bağlı açıqlama verən Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Mehmet Güllüoğlu isə bildirib ki, hazırda dağıntıların olub-olmaması ilə bağlı araşdırma aparılır: "Əməkdaşlarımız hadisə yerindədir"-deyə, o bildirib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Son on ildə Azərbaycan dövləti təbii hadisələrdən zərər çəkənlərə 1 milyard manata yaxın pul xərcləyib

SONRAKI XƏBƏR

Qəbizlik, baş ağrıları, yorğunluq... - Orqanizminizdə bu maddə çatışmır