Meşədə azmış bakılı gənclər xilas edildi

Meşədə azmış bakılı gənclər xilas edildi

Şabranda meşə massivində azan 3 gənc xilas edilib.

İstiPress-in şimal bürosunun məlumatına görə, hadisə rayonun dağlıq Zeyvə kəndində qeydə alınıb.

Bakı şəhər sakinləri - 26 yaşlı Şəms Şamul qızı Məmmədli, Natiq Namiq oğlu Yusifli və Tərxan Fazil oğlu Tərlanov sərnişin avtobusu ilə Pirəbədil kəndinə gəliblər. Sonra onlar piyada Zeyvə kəndinin ərazisində meşə massivində yerləşən məşhur Əmbir gölünə gəliblər. Onlar gölün yanına çatanda artıq hava qaralıb və meşə massivində gənclər azıblar.

Bu ərazilərə nabələd olan gənclər FHN-nin 112 qaynar xəttinə bu barədə məlumat veriblər. FHN-nin Şimal regional mərkəzinin xilasedicilərinin və Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və əməkdaşlarının köməyilə qaranlıqda azan 3 gənc xilas edilib.Onlar əraziyə çağrılan təcili yardımla Şabran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Donmuş vəziyyətdə olan gənclərə tibb müəssisəsində ilk tibbi yardım edilib və özlərinə gəliblər. Məlumatı İstiPress-in şimal bürosuna Şabran İH başçısının Zeyvə İƏD üzrə nümayəndəsi Cavid Məmmədov verib.

Mənbə: istipress.com