Şəhərdə karantin elan olundu: Əhali marketləri “taladı”-VİDEO

Şəhərdə karantin elan olundu: Əhali marketləri “taladı”-VİDEO

Çində ölümcül koronavirusa yoluxanların sayı 2 mini keçib.

Cebhe.info xəbər verir ki, virusun yayılmasına qarşı mübarizə tədbirləri davam edir. Məlumata görə, 11.8 milyon nəfərin yaşadığı Uxan şəhərində karantin elan olunub. Əhali şəhərin marketlərinə axın edərək ərzaq ehtiyatı toplamağa çalışır.

Xüsusi patrul qrupları avtomobillərlə dezinfeksiya işləri aparır. Şəhərə giriş-çıxış bağlanıb. Vurisa yoluxanları xüsusi karantin sığınacaqlarına yerləşdirilir. Hava, dəniz və quru nəqliyyatı fəaliyyətini dayandırıb. Vağzallar patrulların nəzarəti altındadır. Daxili nəqliyyatda hərəkətə edənlər xüsusi qoruyucu maskalar verilib.

Karantinin nə qədər davam edəcəyi bəlli deyil.
Aydın
Cebhe.info

 

 

Mənbə: cebhe.info