İsmayıllıda qəza zamanı ata, ana və övladı ölüb

İsmayıllıda qəza zamanı ata, ana və övladı ölüb

Bu gün İsmayıllıda Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı sərnişin mikroavtobusu və “VAZ 2106” markalı minik avtomobilinin toqquşması nəticəsində ölən ata, ana və övladının adları məlum olub.

Modern.az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində “VAZ 2106” markalı minik avtomobilinin sürücü İlham Quliyev, həyat yoldaşı İlahə Quliyeva və azyaşlı qızı Aysu Quliyeva ölüb.

Ailənin digər üzvü Elcan Quliyev isə qəza zamanı xəsarət alıb.

Mənbə: modern.az