Çinə səfərlər təxirə salınıb - VİDEO

Çinə səfərlər təxirə salınıb - VİDEO

Çində yayılan yeni növ koronavirus infeksiyası səbəbindən hazırda ölkəmizdən Çinə səfər edənlər müşahidə edilmir.

Turizm şirkətinin nümayəndəsi Kənan Hənifəyevin sözlərinə görə, Çinə öncədən planlaşdırılan səfərlər qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, yanvarın 24-ü Xarici İşlər Nazirliyi Çində mövcüd olan vəziyyətlə bağlı Azərbaycan vətandaşlarına xəbərdarlıq edib.

Nazirliyin açıqlamasında deyilir.

Çinə səfər etmək istəyən Azərbaycan vətandaşlarına ehtiyatlı olmalarını, ümumdünya səhiyyə təşkilatının tövsiyələrinə əməl etmələri tövsiyə olunur.

 

Mənbə: www.realtv.az