Əfqanıstanda toyda bir neçə qumbara partladılıb, xəsarət alanlar var

Əfqanıstanda toyda bir neçə qumbara partladılıb, xəsarət alanlar var

Əfqanıstanın Host əyalətində toy mərasimi zamanı bir neçə əl qumbarası partlayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, insident nəticəsində azı 20 nəfər xəsarət alıb.

Bildirilir ki, qumbaralar naməlum silahlı tərəfindən atılıb. Xəsarət alanların vəziyyəti barədə məlumat verilmir.

 

Mənbə: az.trend.az