Braziliyada leysan 30 nəfərin həyatına son qoydu

Braziliyada leysan 30 nəfərin həyatına son qoydu

Braziliyada güclü leysan yağışları səbəbindən azı 30 nəfər dünyasını dəyişib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət Minas-Jeyras ştatında baş verib. Yerli sinoptiklərin məlumatına görə, son 110 ildə bu qədər güclü yağış yağması halı qeydə alınmayıb.

Leysan torpaq sürüşməsinə və dağıntılara səbəb olub. Ölənlərin sayının artacağı istisna edilmir.

Mənbə: qafqazinfo.az