Türkiyədə dəhşətli zəlzələdə qurbanların sayı 36 oldu - VİDEO

Türkiyədə dəhşətli zəlzələdə qurbanların sayı 36 oldu - VİDEO

Türkiyənin Elazığ şəhərində 6,8 bal gücündə baş vermiş zəlzələ nəticəsində qurbanların sayı 36 nəfərə çatıb.

BAKU.WS xəbər verir ki, bu barədə NTV kanalı məlumat yayıb.

Bildirilir ki, təbii fəlakət zamanı 45 nəfər dağıntılar altından xilas edilib, 1500-ə yaxın insan isə müxtəlif növ bədən xəsarətləri alıblar.

Rəsmi məlumata görə, yeraltı təkanların meydana gəldiyi vaxtdan indiyədək bölgədə 4 baldan çox 20 yeraltı təkan və 678 afterşok qeydə alınıb. Əraziyə 10 mindən çox çadır göndərilib. Onlardan 6 min 455-i artıq qurulub.

Hazırda xəstəxanalarda 104 nəfərin müalicə olunduğu deyilir.

Qeyd edək ki, zəlzələ nəticəsində Elazığ şəhərində 31 tikili dağılıb, 249-u ağır zədə alıb.

BAKU.WS

Mənbə: baku.ws