Tovuz rayonunun “Semzavod” adlan yaşayış massivində bıçaqlanma hadisəsi qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, bıçaqlanan şəxs, 1962-ci il təvəllüdlü Salmanov Əbülfət İslam oğlu dərhal xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyata götürülüb.
Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: apa.az