Gəncədə iki qardaş bir-birinə bıçaqla xəsarət yetirib

Gəncədə bıçaqlanma olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb.

2000-ci il təvəllüldü Osmanlı Fərid Firuz oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəya lazımi tibbi yardım göstərilib. 20 yaşlı gənc əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, bıçaqlanan şəxs yaşadğı evdə qardaşı ilə dava edib. Hadisə sonradan əlbəyaxa davaya çevrilib. Dava zamanı Fərid Osmanlını bıçaqlayan qardaşı da xəsarət alıb.

Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Rusiyanın turizm şirkətləri Çinə bilet və tətil paketi satışlarını dayandırıb

SONRAKI XƏBƏR

İsrail icazə verdi, Səudiyyə isə rədd etdi