Tarixdə bu gün: 28 yanvar

Tarixdə bu gün: 28 yanvar

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır Qısaca nəzər salaq.

1958 - Kiprdə ingilislərin türk nümayişçilərə atəş açması və əsgərin yük avtomobilini insanların üstünə sürməsi nəticəsində 8 nəfər həlak oldu.
1965 - Kanada bayrağının dizaynı parlament aktı ilə qəbul edildi.
1982 - Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkan ASALA tərəfindən qətlə yetirildi.
1986 - Göyərtəsində 7 astronavt olan "Challenger" kosmik gəmisinin startdan 73 saniyə sonra 14 km yüksəklikdə partlaması nəticəsində bütün heyət üzvləri həlak oldu.
1992 - "Ağdam-Şuşa" marşrutu ilə uçan "Mİ-8" mülki vertolyotu Şuşa şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən vuruldu, çoxu qadın və uşaq olan 44 sərnişin və ekipaj həlak oldu.
2002 - Ekvadorun TAME hava yolu şirkətinə aid Boeing 727-100 təyyarəsinin And dağlarına çırpılması nəticəsində 92 nəfər həlak oldu.

Mənbə: cebhe.info