Qobustan qəsəbə sakinindən 5,6 kq marixuana götürülüb

Qobustan qəsəbə sakinindən 5,6 kq marixuana götürülüb

Qobustan qəsəbə sakinində külli miqdarda narkotik vasitə aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan qəsəbəsində yaşayan E.Nərimanovun evindən 33 qramdan artıq tiryək və 5 kiloqram 662 qram marixuana aşkar edilərək götürülüb.

Mənbə: report.az