İranda güclü zəlzələ: çox sayda yaralı var

İranda güclü zəlzələ:  çox sayda yaralı var

İranın cənubundakı Fars əyalətinin mərkəzi Şirazda ötən gün meydana gələn 5,4 bal gücündəki zəlzələdə xəsarət alanlar olub.

Əyalətin təcili yardım mərkəzinin sədri Məhəmməd Cavad Muradyan 33 nəfərin xəsarət aldığını "Fars" agentliyinə açıqlayıb.

Onlardan 2-i xəstəxanaya yerləşdirilib. Qalanları isə ambulator müalicədədir.

Qeyd edək ki, Tehran Universiteti Seysmologiya Mərkəzi ötən gün yerli vaxtla 16:58-də Xanı Zinyan qəsəbəsində 5,4 bal gücündə zəlzələ olduğunu açıqlamışdı.

Publika.az

Mənbə: olaylar.az