Azyaşlı oğlunu öldürüb intihar etdi

Rusiyanın Krasnoyarsk vilayətində ana azyaşlı oğlunu öldürüb.

REN TV-nin xəbərinə görə, 32 yaşlı qadın üç yaşlı uşağını öldürdükdən sonra intihar edib.

Belə ki, mütəmadi olaraq oğlunu görməyə gələn ata bu dəfə qapını döysə də, açan olmayıb.

Bu zaman o eyvandan evə daxil olaraq oğlunun və qadının meyitlərini görüb.

Faktla bağlı araşdırma başlayıb.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

API: ABŞ-ın neft ehtiyatları azalıb

SONRAKI XƏBƏR

Koronavirus bu şəxslərə yoluxmur