Əlil adamı oğurlayıb, dilənməyə məcbur etdilər

Əlil adamı oğurlayıb, dilənməyə məcbur etdilər

Rusiyanın Samara vilayətində iki nəfər əlil adamı oğurlayıblar.

NEWS.ru-nun xəbərinə görə, onların məqsədi həmin adam vasitəsilə pul qazanmaq olub.

Onlar əvvəl əlil arabasında olan şəxsi oğurlayaraq bir mənzildə gizlədiblər. Daha sonra xüsusi yerlərdə qoyaraq dilənməyə məcbur edib və qazandığı pulları xərcləyiblər.

Sonradan həmin cinayətkarlar tutulub.

Onlardan biri məhkəmə prosesi başlayana qədər ölüb, digəri isə altı il müddətinə həbs edilib.

Mənbə: www.oxu.az