Türkiyədə kütləvi davada döyülən azərbaycanlı öldü - VİDEO

Türkiyənin Başakşehir şəhərində iki qrup arasında kütləvi davada xəsarət alan 27 yaşlı azərbaycanlı Mirzə Xələfov ölüb.

DHA xəbər verir ki, M.Xələfov çatdırıldığı xəstəxanada 20 gün həyatda qalmaq uğrunda mübarizə aparıb.

Məlumatlara görə, M.Xələfovla yanaşı, Türkiyə vətəndaşı Mahmud T. da həmin hadisədən sonra xəstəxanaya aparılıb.

Hadisəni törətməkdə şübhəli bilinən Əkbər İ., Hüseyn B. və Səməd A. saxlanılıb.

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Çində təhsil alan azərbaycanlı tələbə: "Maska çatışmır, 6 dənəsi 170 manatdır" - FOTO

SONRAKI XƏBƏR

Əlil adamı oğurlayıb, dilənməyə məcbur etdilər