Daha bir ölkədə koronavirusa yoluxma halı qeydə alındı

Birləşmiş Ərəb Əmirliyində koronavirusa yoluxan bir nəfər xəstəxanaya yerləşdirilib.

“RİA Novosti” bu barədə ölkənin Səhiyyə Nazirliyindən verilən açıqlamaya əsasən məlumat yayıb.

“Koronavirusa yoluxan ilk xəstə qeydiyyata alınıb. Hazırda xəstənin vəziyyəti stabildir və o, həkim nəzarətindədir”, - deyə məlumatda bildirilir.

Nazirlik koronavirusun kimə və haradan yoluxduğunu açıqlamayıb.

Qeyd edək ki, artıq bir neçə ölkədə aşkar olunan koronavirus ilk dəfə Çində yayılıb. Çində koronavirusa yoluxan xəstələrin ümumi sayı 5974 nəfərə çatıb, 132 nəfər isə ölüb.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Hansı mallar dəyişdirilmir və ya qaytarılmır? - SİYAHI

SONRAKI XƏBƏR

Tünzalə bu layihəyə görə dəyişildi -FOTOLAR