Çində qəribə etiraz: xəstələr həkimlərin üstünə öskürür - VİDEO

Çində qəribə etiraz: xəstələr həkimlərin üstünə öskürür - VİDEO

Çinin koronavirusun yayılmağa başladığı Hubey vilayətində vəziyyət daha da pisləşir.

Bu xəstəliyə yoluxanların sayının 6 minə çatdığı bildirilir. Vuhan şəhərində insanları evlərindən çıxmağa qoymurlar. Maska çatışmazlığı var.

Bizimyol.info xəbər verir ki, ümumiyyətlə, Hubey vilayətində vəziyyət gərgindir. Xəstəxanalarda, apteklərin önündə böyük növbələr müşahidə edilir. “Twitter”də paylaşılan videolarda xəstələrin xəstəxana heyəti ilə necə mübahisə etdiyi görülür. Onlar qəribə etiraz növü seçiblər. Videolardan birində xəstənin maskanı çıxararaq iki həkimin üzərinə öskürdüyü görünür. Hər iki qadın bundan sonra qaçaraq ondan uzaqlaşır.

“Zaobao”nun məlumatına görə, həmin kişi xəstə dörd gündür yüksək temperaturdan əziyət çəkirmiş. O, koronavirusa yoluxduğunu güman edib. Xəstəxanada laqeyd münasibət görüb. Sonradan onun koronavirusa yoluxmadığı üzə çıxıb. Kişini polisə çağırıblar. Həmin görüntülərin Syaoqan şəhərində qeydə alındığı bildirilir. Buna bənzər başqa epizodlar da az deyil.

Ümumiyyətlə, koronavirusun qeydə alındığı ölkələrin sayı 13-ə çatıb. Müsəlman ölkələrindən Səudiyyə Ərəbistanı da siyahıya əlavə olunub.

Mənbə: www.bizimyol.info