Bu gün İranın cənub-qərbində təlim təyyarəsi qəzaya uğrayıb.
Məlumatı İranın Mehr Agentliyi yayıb. Məlumata görə, hadisə nəticəsində təyyarənin göyərtəsində olanların hamısı - iki pilot həlak olub.
Bildirilir ki, təlim təyyarəsi İranın cənub-qərbindəki Fars əyalətində dağla toqquşaraq qəzaya uğrayıb.
Mənbə: musavat.com