Vyana məhkəməsi ukraynalı milyarderi ABŞ-a ekstradisiya etməkdən imtina edib

Vyana məhkəməsi ukraynalı milyarderi ABŞ-a ekstradisiya etməkdən imtina edib

Vyana Regional Cinayət Məhkəməsi ukraynalı iş adamı Dmitri Firtaşın ABŞ-a ekstradisiyasının qeyri-mümkün olduğuna dair qərar çıxarıb.

Bu barədə Avstriya Mətbuat Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, bu barədə qərar noyabrın 7-də qəbul edilib. Vyana prokurorluğu artıq apellyasiya şikayəti verib. Apellyasiya şikayəti vermək üçün son tarix dekabrın 16-dır.

Dmitri Firtaş 2018-ci ilə qədər bir sıra Ukrayna müəssisələrinə, o cümlədən regional qazpaylayıcı şirkətlərin 70%-nə sahib olan milyarderdir.

2014-cü ilin martında o, ABŞ-ın tələbi ilə Avstriyada saxlanılıb. Milyarder Ukrayna hüdudlarından kənarda korrupsiya cinayətlərində ittiham edilib. O vaxtdan iş adamı Avstriyada yaşayır və ekstradisiya qərarını gözləyir.

Mənbə: report.az