İran neft oğurluğunda ittiham olunur

İran neft oğurluğunda ittiham olunur

İrana qonşusu İraq tərəfindən neft oğurluğu iddiaları irəli sürülüb.

İraqın baş naziri Məhəmməd Şia əl-Sudani dünən İraq parlamentində keçirilən iclasda İraq Kürdüstanından neft ixracı ilə bağlı məsələlərə toxunub.

O, daxili ehtiyaclar üçün istifadə edilən neftlə yanaşı, xaricə, xüsusilə də İrana qaçaqmalçılıq yolu ilə təxminən 50 min barel neftin gətirildiyini iddia edib:

“Bu vəziyyət dövlətə qarşı hörmətsizlik həddinə çatıb və neftin böyük hissəsi qonşu İran vasitəsilə satıldığı üçün beynəlxalq sanksiyalarla üzləşib. Mənim ofisim Xarici İşlər Nazirliyinə məktub yazıb və onlar da İran ilə əlaqə saxlayıb. Bu hal suveren hüquqların pozulması kimi qiymətləndirilir. Bu əməliyyat yalnız SOMO şirkəti vasitəsilə həyata keçirilməlidir”.

Roza

Mənbə: publika.az