Dağlıq ərazilərdə qar yağır FAKTİKİ HAVA:

Dağlıq ərazilərdə qar yağır

Azərbaycanın bəzi ərazilərində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq ərazilərdə qar yağır.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya bildiriblər ki, qar örtüyünün hündürlüyü Qubada (Qrız) 9 sm, Şahbuzda 5 santimetr, Qusarda Laza) 2 santimetr olub. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 7 millimetrədək olub.

Sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Qubada 16 m/s-dək güclənib.

Naxçıvan, Şərur, Daşkəsən, Göygöl, Naftalan, Qobustan, Şamaxı, Qax (Sarıbaş), Yevlax, Cəfərxan, Hacıqabul, Göyçay, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50 m-dək məhdudlaşıb.


Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 6, Aran rayonlarında 6 dərəcəyədək isti, dağlıq rayonlarda isə 4 dərəcəyədək şaxta qeydə alınıb.

Müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 9-u gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.

Bizim.Media

Mənbə: bizim.media