Bu gün Qusar rayon mərkəzi xəstəxanasında ölən 23 yaşlı sürücü Teymur Faiq oğlu Quliyev Vətən Müharibəsi iştirakçısı olub.
Mərhumun yaxın qohumu Namiq Əhmədov bildirib ki, Teymur Quliyev ailəli olub, bir övladı var.
Qeyd edək ki, qəza qurbanı olan Teymur Quliyev idarə etdiyi "Elantra" markalı avtomaşınla pikapın toqquşması nəticəsində ağır xəsarət almışdı. Aparılan müalicə tədbirlərinə baxmayaraq o, qəzadan iki gün sonra, bu gün Qusar xəstəxanasında vəfat edib.
Aytəkin Alxaslı
Mənbə: bizim.media