Rusiyada gələn ildən yollarda sürət həddini aşmağa görə cərimələr 50 faiz artırılacaq.
Yeni müddəalar Dövlət Dumasının ikinci oxunuşda təsdiq düzəlişlərdə əksini tapıb.
Belə ki, sürəti 20 km/saatdan çox, lakin 40 km/saatdan az olan nəqliyyat vasitələri üçün cərimə 500-dən 750 rubla qədər, sürəti 40 km/saatdan çox, lakin 60 km/saatdan az olan üçün cərimənin 1000-dən 1500 rubla qədər artırılması nəzərdə tutulur.
Bundan əlavə, sürəti 60 km/saatdan çox, lakin 80 km/saatdan az olduğu halda, cərimə 3000-dən 3750 rubla qədər olacaq.
Mənbə: axar.az